“SOCAR Petroleum” yeni modul tipli yanacaq doldurma məntəqəsini (YDM) istifadəyə verdi.
"Ölkə.Az"a verilən məlumata əsasən, Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli YDM istifadəyə verildi.
Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırıldı. “SOCAR Petroleum”-un peşəkar mühəndis heyyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 m2 ərazidə yerləşir.
Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə iki yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndələrin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir”. Eyni zamanda qeyd edib ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi.
Xatırladaq ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.