Azərbaycan Ombudsmanı dəfələrcə Ermənistan siyasi və hərbi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı məqsədli şəkildə cinayət əməlləri törədilməsi barədə beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırıb.
Ombudsman aparatının yaydığı məlumatda bildirilir ki, son günlərdə xarici və yerli kütləvi informasiya vasitələrində, eyni zamanda sosial mediada Azərbaycana qarşı döyüşmək məqsədilə Ermənistan tərəfindən pul qarşılığında döyüşlərə cəlb edilən və daha sonra həlak olan muzdluların Suriyada dəfn mərasimlərinin keçirildiyinə dair xəbərlər yer alıb. Bu bir daha Azərbaycana qarşı təcavüzkar müharibədə məğlubiyyətə uğrayan Ermənistanın muzdluların köməyindən istifadə etdiyini aşkar şəkildə sübut edir.