Daha bir ölkə koronavirusun yeni növünə görə Britaniya ilə uçuşları dayandırdı

Daha bir ölkə koronavirusun yeni növünə görə Britaniya ilə uçuşları dayandırdı Argentina koronavirus infeksiyasının yeni formasının yayılması səbəbindən 21 dekabrdan etibarən Böyük Britaniya ilə uçuşları müvəqqəti dayandırır.

Oxu.az xəbər verir ki, “Hökumət qabaqlayıcı məqsədlə COVID-19-un yeni növünün meydana gəldiyi elan edilən Böyük Britaniyadan epidemioloji vəziyyətlə əlaqədar olaraq uçuşları dayandırmağı qərara aldı”, - deyə bildirilir.

Qeyd edək ki, 14 Avropa İttifaqı ölkəsi Britaniya ilə uçuşları təxirə salıb.

Oxşar xəbərlər