Könüllülər ordudan bu vaxt tərxis edilə bilərlər- AÇIQLAMA

Könüllülər ordudan bu vaxt tərxis edilə bilərlər- AÇIQLAMA Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.

Bununla bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:

"Cənab prezidentin növbəti sərəncamı olanda buraxılacaqlar. Çünki bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərənacamı ilə reallaşan prosesdir. Bu sərəncam hər an ola bilər. Biz hərbi ekspert kimi deyə bilərik ki, yanvar çağırışı olacaq. Düşünürük ki, yanvar çağırışı müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Eyni zamanda yanvar çağırışçıları da müəyyən qədər kurs keçməlidirlər.

Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmadan onların nə zaman tərxis olunacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Cənab prezident nə zaman uyğun bilərsə, onda da bununla bağlı sərəncam imzalayacaq. Bu fərman sabah, 1 həftə və 1 ay sonra ola bilər. Yaxud olmaması da mümkündür".

Oxşar xəbərlər