Ermənilər bu hərbi texnikaları qoyub qaçdılar

Ermənilər bu hərbi texnikaları qoyub qaçdılar Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib.
Report xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar.

Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox hərbi maşınını qəhrəman əsgərlərimiz tərəfindən qənimət olaraq ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.

Hərbi texnikalarım demək olar ki, hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Oxşar xəbərlər