Türkiyədə bir gündə 1 491 nəfər COVID-19-a yoluxdu

Türkiyədə bir gündə 1 491 nəfər COVID-19-a yoluxdu Son gün ərzində Türkiyədə koronavirusdan daha 26 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 209 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 491 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 263 998-ə yüksəlib, 240 792 nəfər isə sağalıb.

Oxşar xəbərlər