"Bu şərtlər uzun müddət ləğv edilməyəcək" — Mirşahin

"Yumşalmalar başladı. Dövlət vətəndaşa etibar edərək buna getdi. Karantin rejimində əldə etdiyimiz bilik və yeni vərdişlərə nə qədər ciddi yiyələndiyimizi sübut etmək vaxtıdır".
Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.


"Vətəndaşın şəxsi məsuliyyətinə güvəndiyinə görə dövləti peşiman etməyək, əziz həmvətənlər! Maska, sosial məsafə və şəxsi gigiyena əmanəti! Unutmayaq, bu şərtlər ləğv edilməyib! Uzun müddət də ləğv edilməyəcək!" - M.Ağayev qeyd edib.

Oxşar xəbərlər