Bakı Metropoliteni öz fəaliyyətini davam etdirir — RƏSMİ

Bakı Metropoliteni öz fəaliyyətini davam etdirir — RƏSMİ Bakı Metropoliteni Nazirlər Kabinetinin qoyduğu qaydalar əsasında fəaliyyət göstərir.
Bu sözləri saytımıza açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metroda bəzi sahələr var ki, onlar daim işləməlidir və onları nəzarətsiz qoymaq olmaz.


Metropolitendə işlər əsasən gecələr görülür. Məsələn, dezinfeksiya işləri müntəzəm olaraq müəyyən etdiyimiz qrafik əsasında aparılır. Buna görə də bəzi sahələrin işçiləri öz işlərini davam etdirir.

Tunellərdə nasos sahələri var. Yeraltı qurunt suları heç nəyə tabe olmur, daim axır. O sahə mütləq olaraq tam rejimdə işləməlidir. Hər sahənin xüsusiyyətləri nəzərə alınmaqla bu qayda ilə fəaliyyətini davam etdirir.


Bundan başqa stansiya növbətçiləri də öz işlərinin başındadır. Qatarlarda akkumlyatorlar və sistemləri daim nəzarətdədir. Elə təmir növləri var ki, onlar mütləq yerinə yetirilməlidir. Çünki onlar normativ xidmətlər tələb edir. Tikinti istismar qaydalarında əgər yazılıbsa ki, qatarlar bu vaxt təmir olunmalıdır, deməli olunmalıdır. Biz Bakı Metropolitenini elə vəziyyətdə saxlamalıyıq ki, Nazirlər Kabineti "sabah metro işləyəcək" deyəndə biz metronu istifadəyə verə bilək.


Metropoliten sözcüsü həmçinin qeyd edib ki, işlərini davam etdirən əməkdaşlar sosial məsafəni qoruyur, tibbi maskadan istifadə edir və özünüqoruma qaydalarına mütləq əməl edirlər.(kommersant.az)

Oxşar xəbərlər