“Şəhidlər həftəsi” elan olunsun — DEPUTATDAN TƏKLİF

“Şəhidlər həftəsi” elan olunsun — DEPUTATDAN TƏKLİF Deputat Azərbaycanda “Şəhidlər həftəsi”nin elan olunmasını təkilf edib.
Belə bir təkliflə deputat Məlahət İbrahimqızı çıxış edib.

Onun sözlərinə görə, bu gün dünyanın bir sıra ölkələrində ildə şəhidlər həftəsi keçirilir. “Təklif edərdim ki, Azərbaycanda ildə bir dəfə “Şəhidlər həftəsi” elan olunsun. Düzdür, biz ilin bütün günlərində şəhidlərin xatirəsini hər gün yad edirik və onların qarşısında baş əyirik. Amma buna baxmayaraq digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Şəhidlər həftəsi”elan olunsun”- M. İbrahimqızı bildirib.

Bununla belə deputat Azərbaycanda ildə bir dəfə “Könüllülər həftəsi” elan olunmasını təklif edib.

Oxşar xəbərlər