Bakı sakini evində şir saxlayır — VİDEO

Bakı sakini evində şir saxlayır — VİDEO Xüsusi karantin rejimi ilə əlaqədar Bakı Zooloji Parkı da ziyarətçisiz qalıb.

Parkın direktoru Azər Hüseynov deyir ki, burada sakitlikdir və bu da heyvanların bala verməsi üçün əlverişli şərait hesab olunur: 

"Qamış pişiyi 4 baş bala verib. Onlar salamatdır. Dekabrın 25-də şirimizin biri bala verib. Onu da öz işçimizin evində saxlayırıq. Çünki anası süd verməkdən imtina etmişdi. Bu ayın 25-də həmin heyvanı zooparka gətirəcəyik".

Zoopark işçisinin evində saxlanan şir balasının da durumu yaxşıdır.


Oxşar xəbərlər