Polislərdən apteklərə qəfil yoxlama — qiymətlərlə maraqlanıb xəbərdarlıq edildi - VİDEO

Polislərdən apteklərə qəfil yoxlama — qiymətlərlə maraqlanıb xəbərdarlıq edildi - VİDEO Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon İdarəsinin əməkdaşları apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçiriblər.

APA Tv xəbər verir ki, polis əməkdaşları qiymətlərlə maraqlanıblar, əczaçılarla profilaktik söhbətlər aparıblar.

Aptek rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub. Yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı inzibati qaydada tədbir görüləcəyi diqqətə çatdırılıb.

Park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da marifləndirici söhbətlər aparılıb.

Özlərini və ailə üzvlərini yoluxa biləcək xəstəlikdən qorumaq üçün evlərinə getmələri istənilib.

Əksər vətəndaşlar ərazini tərk ediblər.


Oxşar xəbərlər