Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu — VİDEO

Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu — VİDEO Bakıda xanım sürücünün məsuliyyətsizliyi qəzaya səbəb olacaqdı.

Oxu.az xəbər verir ki, köməkçi yoldan əsas yola daxil olan avtomobil dönmə işığından istifadə etmədən əvvəlcə ikinci zolağa daxil olub. 

Daha sonra avtomobilin xanım sürücüsü arxadan gələn maşını gözləməyib və birbaşa üçüncü zolağa daxil olub. Bu zaman arxadan gələn avtomobilin sürücüsünün vaxtında əyləcdən istifadə etməsi qəzanın baş verməsinin qarşısını alıb. 

Görüntülər həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilən kamerada əks olunub. Şahidlərin sözlərinə görə, xanım sürücünün başı mobil telefona qarışıb və buna görə də diqqəti yayınıb. 

Həmin görüntüləri təqdim edirik:


Oxşar xəbərlər