Koronovirus təhlükəsi təkcə sərhəd mənqələrində yox, paytaxt Bakıda da ciddi təşvişə səbəb olub.
Metbuat.az xəbər verir ki, bunu ən bariz şəkildə apteklərdə görmək mümkündür. Bu gün şəhərdəki əksər apteklərdə tibii maska tapmaq mümkün olmayıb.
“Ümumiyyətlə neçə gündür maska yoxdur” – Əczaçı
“Depomuzda hal-hazırda yoxdu istəyirsizsə zəng edib soruşa bilərsiz.” – Əczaçı
“Adam gəlir deyir ailəmdə beş nəfərdi amma sata bilmirik. Günə bir paçka göndərirlər özümüzə. Paçkanın da içində 50 ədəddir. Bəli təlabat böyükdür amma yoxdur” - Əczaçı
“Hal-hazırda Mingəçevir şəhərində maska qırx qəpikdir. Dünən zəng ettim anam mənə dedi ki maskaların qiyməti qalxıb. Qiymətlər qalxan kimi bəzi apteklər ondan xeyir götürmək istəyir.” - Sakin
Müşahidələrimiz göstərdi ki, apteklərdə ən ucuz maskanın qiyməti 30 qəpik təşkil edir. Bəziilərdə isə bu rəqəm 50 qəpiyə, hətta 1 manata qədər qalxıb. Əhali arasında təşvişə səbəb olan isə sosial şəbəkələrdə yayılan səs yazısıdır. Dünəndən etibarən bu səs yazısı sakinləri ciddi narahat etsə də, ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib ki, yayılan məlumatlar yalandırv və narahatlığa heç bir əsas yoxdur.
“Saytlarda məlumat verirlər ki güya Azərbaycanda da koronovirusdan xəstələnənlər vardır. Mən, Səhiyyə nazirliyinin rəsmisi olaraq sizə məlumat verirəm ki Respublika ərazisində bir nəfər də olsun bu xəstəliyə yoluxan yoxdur. Deyilən şayiələrə qulaq asmayın. “ - İbadulla Ağayev
Lakin günün birinci yarısında Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha iki nəfər gətirilib. Onlar 1995 və 1998-ci il təvəllüdlü İran və Azərbaycan vətəndaşlarıdır. Onların xəstə insanlarla heç bir kontaktları olmayıb. Hal-hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur.