Əvvəl dostunu öldürdü, sonra dostunu vurduğu qolunu özü kəsdi — Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Əvvəl dostunu öldürdü, sonra dostunu vurduğu qolunu özü kəsdi — Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ Azərbaycanda gənc oğlan dostunu öldürdüyünə görə özünün sol qolunu kəsib.
"Səni axtarıram" verilişinə böyrəyindəki problemlə bağlı müraciət edən şəxsin həyat hekayəsi eşidənləri şok edib:

"Təsadüfən dostuma bıçaq atmışam, həyatını itirib. İllərlə dostluq etdiyim oğlana qız üstündə bıçaq atmışam. Onun peşmanlığına görə öz qolumu kəsmişəm. 2007-ci ilin yanvar ayında həbs olundum, 2015-ci ilin may ayında həbsdən azad olundum. Təbii ki, hər şey ölümlə həll olunmur. Düzdür, o səhv hərəkət etmişdi. Amma bu günə qədər də vicdan əzabı çəkirəm. Dostumu öldürdüyüm gün özümün də sol qolumu kəsdim. Çünki dostumu sol qolumla vurmuşdum".

Sözügedən şəxs qız üstündə mübahisə edən gənclərə çağırış edib:
"Söhbət əsl xanımlardan getmir. Hər qız üstündə dostla mübahisə etməyə dəyməz. Peşmanam! Evdə anama da demişəm ki, ölsəm, Cavidə görə qəbrim çatlayacaq. Anası mən tutulandan sonra vəfat edib, atası əvvəldən vəfat etmişdi. Həbsdən çıxandan sonra qardaşından icazə aldım. Dedi ki, mənimlə görüşməyə ehtiyac yoxdur, amma Cavidin məzarını ziyarət edə bilər. Üç dəfə məzarını ziyarət etmişəm".


Oxşar xəbərlər