Seçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olub

Seçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olub “101 saylı Göygöl-Daşkəsən seçki dairəsində ölən müşahidəçi Sübhan Hacıyev deputatlığa namizəd Mövsüm Aslanovun yaxın qohumu və vəkili olub”.

Bu barədə Modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.

A.Eyvazlı bildirib ki, seçki mübarizəsini hələlik yarıda dayandırıblar:

“Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi. Ona görə bütün seçki məntəqələrindən müşahidəçilərimizi təcili geri çağırdıq. Bizdə olan məlumata görə, seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq. Bu məsələnin araşdırılması üçün əlimizdən gələni sonuna qədər edəcəyik”.

“Allah Sübhan Hacıyevə rəhmət eləsin. Onun yaxınlarına və qohumlarına baş sağlığı veririrk. Bəzən heç bir mübarizə bir insan ömrünə dəyməzmiş”,- deyə jurnalist qeyd edib.

Oxşar xəbərlər