Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana efirə gəldi və... — VİDEO

Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana efirə gəldi və... — VİDEO Azərbaycanda anaları vəfat etmiş iki azyaşlı qardaşın ögey ana və atası tərəfindən işgəncələrə məruz qalması ictimaiyyətin qəzəbinə səbəb olub. Məsələ ilə artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Baku.ws xəbər verir ki, adıçəkilən ögey ana və doğma ata dünən "Səni axtarıram" proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib.

Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi - ana babanı və xalanı böhtan atmaqda günahlandırıb.
Xəqani söhbət əsnasında Nuranənin 4 aylıq hamilə olduğunu bildirib. Onlar 3 ildir evlidirlər.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Ögey ana uşaqlara müxtəlif işgəncələr verib. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.


Oxşar xəbərlər