Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimə hakim qarşısına çıxarılıb. O, göz yaşlarını saxlaya bilməyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1985-ci il təvəllüdlü Leyla Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bu zaman Leyla Əliyeva göz yaşlarını saxlaya bilməyib. Hakim ondan özünü ələ almasını, suallara cavab verməsini istəyib.
Anket məlumatları dəqiqləşdirilin zaman məlum olub ki, Leyla Əliyeva evli olub, onun ayrı-ayrı şəxslərə borclu olması ilə bağlı söhbətlər başlayan ərəfədə boşanıb: “Ailən dağıldı. Hamilə idim, övladım tələf oldu”.
L.Əliyev Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işlədiyini deyib. O, sinundu uş yerinin Odlar Yurdu Universiteti olduğunu bildirib.
Məhkəmə iclasında zərərçəkmkşlərdən bir nəfər iştirak edib. Növbəti prosesdə digər zərərçəkmişlər də məhkəməyə gələcək.
Prosesdə Leyla Əliyevanın vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil vəsatətin də müdafiə etdiyi şəxsin azadlığa buraxılmasını istəyib. Vəkil vəsatətin belə əsaslandırıb ki, Leyla Əliyeva azadlıqda olacağı halda dəymiş zərəri ödəyə bilər.
Məhkəmə vəsatəti təmin etməyib.
L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Məlumata görə, o, ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul alıb. Onun həmçinin başqa şəxslərin etibarından istifadə edərək qızıllarını lombarda qoyduğu və pul götürdüyü məlum olub. Aldığı pulları qaytarmayan, verdiyi vədlərə əməl etməyən L.Əliyeva zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.
L.Əliyevanın anası Nüşabə Məmmədova deyib ki, qızı etdiyi səhvin ucbatından indi dəmir barmaqlıqlar arxasındadır.
Belə ki, Füzuli rayonundan məcburi köçkün olan L.Əliyeva bir neçə il əvvəl ailəsindən boşanıb və 4-5 min manat borcu olub: “Bu borcu ödəmək üçün tanış mağazadan qızıl götürüb lombarda qoyub, orada da qızılı yarı qiymətinə alıblar. Pulu borcunun bir hissəsinə verib, sonra isə lombarda pulu ödəyə bilmədiyi üçün mağazaya borclanıb. Bu yolla, həndəsi silsilə ilə borcunun miqdarı artıb. Qızım tələbə yoldaşı və dostu Gövhər İldırımzadədən borc pul istəyib. Gövhər və anası Sevda Leylaya deyiblər ki, banka 43 min dollar kredit borcu olsa da, əllərindəki nəğd pulu ona verə bilərlər. Əvəzində isə Leyla həm borclarını qaytarsın, həm də onların kreditini hissə-hissə ödəsin. Burada isə əlavə 5-6 min manatlıq faizi Leyla ödəməli idi. Razılaşma belə olub və Sevda İldırımzadə qızıma 43 min dollar verib. Leyla ilk ay üçün 3 min dollar krediti ödəyib, qalanını isə qızıla görə yaranan borclarına verib. Bir müddət sonra Leyla banka olan krediti də ödəyə bilmədiyi üçün Gövhər və Sevda İldırımzadə şikayət edib. Qızım Leyla bu ilin may ayında həbs edilib. Bir neçə dəfə onun ev dustaqlığına buraxılmasını xahiş etmişik, prokuror da razılıq verib, amma məhkəmə onu həbsdə saxlayıb. Biz istintaq dövründə dəymiş zərərə görə 10 min manatdan çox ödəniş etmişik. Qızım da dəfələrlə müraciət edib ki, onu ev dustaqlığına buraxsınlar və çıxıb işləyərək borcunu ödəsin.
Biz bir valideyn olaraq hüquq-mühafizə orqanlarının rəhbərliyindən, məhkəmədən və zərərçəkmiş tərəfdən xahiş edirik ki, humanistlik göstərib qızımın azadlığa çıxmasına şərait yaratsınlar. Ailəsi dağılaraq onsuz da hər şeydən məhrum olmuş qızımı bədbıxt etməsinlər. Leyla azadlığa çıxıb cehizini sataraq borcu ödəmək istəyir. Həbs ediləndə o, doktoranturada təhsil alırdı”.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən L.Əliyeva ilə bağlı cinayət işinin istintaqı Nərimanov Rayon Polis İdarəsində aparılıb, hazırda iş yekunlaşdırılaraq məhkəməyə göndərilməsi üçün Bakı Şəhər Prokurorluğuna təqdim olunub. İşin ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.