Bakıda məscidin yaxınlığında kişini döydülər

Bakıda məscidin yaxınlığında kişini döydülər Bakıda döyülmə hadisəsi olub.
Report xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.

Oxşar xəbərlər