“Elite”in yaxınlığında 39 yaşlı kişi bıçaqlandı

“Elite”in yaxınlığında 39 yaşlı kişi bıçaqlandı Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “Elite” ticarət mərkəzinin yaxınlığındakı şossenin kənarında baş verib.

1980-ci il təvəllüdlü Xanlarov Şahsuvar Barat oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər