Prezident İlham Əliyev Heydər Əsədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, H.Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur.