Kolumbiyada helikopter yerə çırpıldı — 6 hərbçi öldü

Kolumbiyada helikopter yerə çırpıldı — 6 hərbçi öldü Alban bələdiyyəsində Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.
Trend xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələri düşmüş helikopterin tapıldığını təsdiqləyib.

Hərbi vertolyotun optimal vəziyyətdə olduğunu və prezidentin daşınması üçün bir neçə dəfə istifadə edildiyi, həmçinin 2017-ci ildə Roma Papası Fransiskin səfəri zamanı bu vertolyotdan istifadə etdiyi bildirilir.
Qeyd edək ki, "Bell 412" helikopteri cümə axşamı Kundinamarka bölgəsindəki Palankero aviabazasından uçduqdan sonra radarlardan itib. İlkin məlumatlara görə, 6 nəfər hərbçi həyatını itirib.

Qəzanın səbəbləri hələdə bilinmir, araşdırma davam edir.

Oxşar xəbərlər