Bakıda orta məktəbə bitişik tikilən hündürmərtəbəli yaşayış binası tərəflər arasında mübahisəyə səbəb olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayonunda yerləşən 54 saylı məktəbin direktoru Sahibə Abbasova bildirib ki, məktəbin stadionunun yaxınlığında bina tikilən zaman məktəbin həyətinə müdaxilə olunub:
“Binanın bir hissəsi, yəni tikinti işləri məktəbin həyətinə düşüb. Biz bununla bağlı rəmsi qurumlara müraciət etmişik. Hazırda məsələ araşdırılır”.
Tikintini həyata keçirən fərdi şəxs Asif Əsədov isə bütün müavfiq qurumlardan tikinti üçün icazə alındığını bildirib. O əlavə edib ki, tikinti zamanı məktəbin həyətyanı sahəsinə girməkləri ilə bağlı deyilənlər doğru deyil:
“Müvəqqəti olaraq işlər dayandırılıb, rəmsi qurumlar araşdırma aparacaq. Amma biz məktəbin həyətinə müdaxilə etməmişik”.
Murad Əhməd
Video: Pərvin Zeynal