DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
DSX-dan verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR


Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra¬zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR


Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR


ıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunub.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi — FOTOLAR


Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə kompleksinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunub. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo-naqlar şəxsi heyətlə birlikdə nahar ediblər. Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.


Oxşar xəbərlər