Azərbaycanlı iş adamı FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanlı iş adamı FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb.

Unikal.org Report-a istinadən xəbər verir ki, qəza Plast şəhərinin yaxınlığında baş verib.

"Ruslada" qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu "Toyota Land Cruiser" markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib.

Polis iş adamının öldüyünü təsdiqləyib, qəzanın başvermə şəraiti araşdırılır.

Qeyd edək ki, Ə.Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub, ötən əsrin 90-cı illərində Cənubi Urala köçüb və orada Ural və Sibirdə ən böyük şirniyyat istehsalçılarından və təchizatçılarından biri olan iri holdinqini təsis edib.

Oxşar xəbərlər