"Dəhşətli qəzadan SAĞ çıxmışam" — MARAL TAHİRQIZI AÇIQLAMA YAYDI

Müğənni Maral Tahirqızının ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə müğənninin özü redaktor.az-a açıqlamasında bildirib. Sənətçinin sözlərinə görə, əslində onun avtomobili yoxdur.

“Ola bilər ki, çoxdandır efirə çıxmıram. Ona görə belə iddialar yayılır. Düzdür, qəzaya düşmüşdüm. Amma bu ötən il baş verib. Allaha şükür olsun ki, həmin dəhşətli qəzadan sağ çıxmışam. Hazırda vəziyyətim yaxşıdır".
Qeyd edək ki, mətbuatda Maral Tahirqızının səhər saatlarında qəzaya düşdüyü və həyatını itirdiyi barədə məlumatlar yayılıb.

Oxşar xəbərlər