
Medicina.az bildirir ki, Britaniyada baş verən bu hadisədə 63 yaşlı qadın az qala o dünyalıq olacaqdı.
Syuzanda həkimlər nekrotik fassit - birləşdirici toxuma və dərialtı küceyrələrin streptokok infeksiyası ilə zədələnməsi diaqnozu qoyur.
Qadın həmin anları belə xatırlayır: Mənim sanki daxilimdə hər şey şişmişdi, nəfəs ala bilmirdi, ağzımda dilim böyümüşdü. Həkimlər boğazıma boru taxdılar. Huşum gah itir, gah qayıdırdı.
Komadan güclə çıxarılan qadının üzərində 60 əməliyyat icra olunub, onun hər iki ayağı və əllərinin barmaq falanqaları kəsilib.