Neftin qiyməti kəskin bahalaşdı

Neftin qiyməti kəskin bahalaşdı Gözlənildiyi kimi neftin qiymətində kəskin bahalaşma var.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barreli gün ərzində ümumilikdə 8,38 dollar (13,92%) qalxaraq, 68,60 dollar olub.

Yüngül neftin bir barreli isə 7,61 dollar (13,87%) faiz bahalaşıb və 62,46 dollara təklif edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan sonra neftin bahalaşacağı gözlənilirdi.

Oxşar xəbərlər