Yüksək təhsil haqqı, ödəniş edə bilməyən tələbə – çıxış yolu nədir?
2019/2020-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə görə, 42062 nəfər tələbə adını qazanıb. Onlardan 17820 nəfəri dövlət sifarişi əsasında, 24242 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, bu tədris ilində xeyli sayda abituriyent ali məktəblərdə ödənişli əsaslarla təhsil alacaq. Son bir həftədə cəmiyyətdə də ən çox ali məktəblərə ödənişli əsaslarla qəbul olunan aztəminatlı abituriyentlərin taleyi müzakirə olunub. Xeyli sayda tanınmış şəxs bu abituriyentlərin təhsil haqqını ödəməyi öz üzərinə götürüb, imkansız abituriyentlərin müraciətləri hər gün media səhifələrində yer alır. Bəzi abituriyentlər isə pullu ixtisaslara qəbul olduqları halda, təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil almaqdan imtina ediblər.
Təhsil naziri Ceyhun Bayramov problemin aktuallığını nəzərə alaraq, bugünlərdə ödənişli təhsil alan tələbələrin təhsil haqlarının təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaradılması ilə bağı ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verdi. Amma bununla belə təhsil haqqının yüksək olması üzündən ali təhsil almaqdan imtina etmək ərəfəsində olan xeyli sayda abituriyent var.
Bəs problemin həlli ayrı-ayrı imkanlı şəxslərin məsələyə müdaxiləsi ilə yoluna qoyula bilərmi? Bu, yetərli olacaqmı? Yoxsa daha köklü və prinsipial bir həll mexanizmi ortaya qoyulmalıdır?
Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki statusunda bu məsələyə sərt mövqe bildirib: “Hörmətli universitet rektorları, əməkdaşları, məsul şəxsləri. Keçən həftə Təhsil Nazirliyinin kollegiyası sizlərə qəbul olmuş tələbələrin təhsil haqqını hissə-hissə ödəməyə imkan verməyinizi xahiş edib, tövsiyə edib.
Ayıb olsun sizə ki, təhsili bazara çeviribsiz. İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyər. Bir neçə universitetin əməkdaşları müraciət edən tələbələrə deyir ki, Təhsil Nazirliyinin qərarını göstərin. Bunu 17 yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz güclə dolub, 2 qəbul kampaniyası ilə. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında.
Vətənə indi qayıtdım, baxıram ki, 100-dən çox müraciət bu mövzudadır ki, hissə-hissə ödənişə imkan vermirlər.
Amma Türkiyə universitetlərinin həm təhsil haqqı sizdən dəfələrlə azdır, hətta onlar nəinki 2 dəfəyə, hətta 3 dəfəyə tələbəyə təhsil haqqını ödəmək imkanı verirlər. Təhsilin keyfiyyətini də ki, demirəm”.
“Yeni Müsavat”a açıqlamasında K.Əsədov problemin həll yollarına toxundu. O dedi ki, 2018-ci ildə ali təhsil müəssisələrinə bu il üçün 45159 plan yeri ayrılmışdı: “Qəbul planı 2017-ci illə müqayisədə 5.37 faiz artırılmışdı. 2018/2019-cu tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 45159 yer ayrılmışdı. Bunlardan 138 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (64 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulmuşdur. Qalan yerlərdən 31554-ü Azərbaycan bölməsi, 3783-ü rus bölməsi, 9684-ü isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu”.
Müsahibimiz digər rəqəmləri də açıqladı: “Qəbul planındakı 38429 yer dövlət, 6730 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11871 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu. Bunlardan 66 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulmuşdur. Bu il, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul planı 2018-ci illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişi üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu, 7985 yer və ya 65,43% artım deməkdir”.
K.Əsədov 2019-cu ildə ali təhsil müəssisəsində aparılan araşdırmalar nəticəsində ölkədəki bəzi universitetlərdə təhsil haqlarının kifayət qədər yüksək olduğunu dedi. Onun sözlərinə görə, yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır: “İlk növbədə qeyd etmək istəyirəm ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyildi. Ödəniş hissə-hissə ödənilməli idi. Çünki valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Təcrübə göstərir ki, tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar. Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir. Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdir. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bundan başqa, 1992-2015-ci illər ərzində ali məktəblərdən 40 minə yaxın tələbə xaric edilib. Ödənişli əsaslarla oxuyan tələbə təhsil haqqını ödəməlidir. Bu, bütün dünyada belədir. Müvafiq vəsaiti ödəmək üçün imkanı olmayan tələbə müxtəlif variantlardan yararlana bilir. Kimisi hər hansı imkanlı şəxslərin hesabına oxuyur. Yəni tələbələrin imkanlarını, potensialını görən zəngin şəxslər onların təhsil haqqını qarşılayır. Eləsi də var çalışdığı şirkətin vasitəçiliyi ilə bu problemi həll edir. O, məzun olduqdan sonra isə həmin şirkət kadr kimi potensialından faydalanır. Gənclərin bir qismi isə orta məktəbi bitirdikdən sonra işləyib, gələcəkdə alacaqları təhsil üçün pul yığırlar”.
Müsahibimiz bu səbəbdən Təhsil Nazirliyi tərəfindən ali məktəblərə göndərilən tövsiyəni olduqca müsbət bir addım adlandırdı. Onun sözlərinə görə, bu, təhsilin əlçatımlığı və əhatə dairəsinin genişləndirilməsinə, inkişaf etməsinə, rəqabət qabiliyyətinin artırılmasına ciddi şəkildə təsir göstərəcək: “ADA Universiteti Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birincidir. Burada yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil haqqı 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil haqqı isə 6500 AZN təşkil edir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə ”tələbə xərci” kimi illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər standart – 8500 manat təşkil edir. Xəzər Universitetində kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları 4500 AZN, pedaqoji, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır – burada təhsil 4500 manata başa gəlir. BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN, iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər. Bakı Ali Neft Məktəbində təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Azərbaycan Universitetinin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisaslarını seçənlər 2000-2500 AZN ödəməlidirlər. Azərbaycan Turizm və Menecment Universitetində turizm və hotelçilik ixtisası üzrə illik təhsil haqqı 3000 AZN, tərcümə ixtisası 2600, maliyyə, biznesin idarə edilməsi isə 2400 AZN təşkil edir. Bakı Mühəndislik Universitetində maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil 2900 AZN, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları üzrə 2800 AZN, memarlıq ixtisası üzrə təhsil isə 2700 manata başa gəlir”.