Bakıda sevdiyi qızın qaldığı binanın önündə fişəng atdı, kütləvi dava baş verdi – VİDEO

Bakıda sevdiyi qızın qaldığı binanın önündə fişəng atdı, kütləvi dava baş verdi – VİDEO Ötən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib.

Publika.az xəbər verir ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb.

Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri – polis mayoru Elşad Hacıyev açıqlama verib.

E.Hacıyev Publika.az-a bildirib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Şöbəsində araşdırma aparılır və tərəflərin izahatları alınıb.

Oxşar xəbərlər