Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.
Azərtac xəbər verir ki, Leyla Əliyeva “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq məqsədilə növbəti dəfə paytaxtdakı Talassemiya Mərkəzində olub.
Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin əsas məqsədi ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin edilməsidir.
Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkilib, balacaların tezliklə sağalması arzuları ifadə olunub. Qeyd edilib ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır.
Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutub. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva Fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirib.
Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edilib.