“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir

“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir Müğənni Rəvan Qarayevin eks-həyat yoldaşı Günayla qalmaqalı səngimək bilmir.

Bu dəfə işə sənətçinin müğənni atası Elşad Qarayev qarışıb. O, “Hər şey daxil” verilişinə açıqlamasında nəvəsinin mənəvi sarsıntı keçirməsi ilə bağlı polisə şikayət edən eks-gəlini Günayın ittihamlarına cavab verib:

“Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakl tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm”.

Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyi idi. Müğənni Günaydan 2017-ci ildə boşanıb. Onların bir övladı var.

Xatırladaq ki, Günay keçmiş əri haqda “Gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim? Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur. Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi. Alimenti ödəməsi üçün dəfələrlə dəfə zəng vururam, xalası oğluna yığıram. Ondan sonra ödəyir. Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər” sözlərini deyib.

///Axşam.az

Oxşar xəbərlər