Nazim Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Nazim Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev Qurban bayramı münasibətilə təbriki

Hörmətli həmvətənlərim!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!


*************************


Jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alır

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyan Nazim Ağayevlə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...


Onu da unutmaq olmaz ki, Nazim Ağayev həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Çünki, adicə müxtəlik ünvanlarda keçirilən festifallarda Xaçmaz Regional Mədəniyyət İdarəsinin əldə etdiyi uğurlara diqqət yetirməklə, bu şəxsin fəaliyyətinə lazımi qiyməti vermək mümkün olur. Nazim Ağayev bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayevdir.

13 noyabr 1954-cü il tarixində Xaçmaz rayonunun Sayad kəndində anadan olmuşdur. 1962-1970-ci illərdə Sayad kənd 8 illik, 1970-1972-ci illərdə Çarxı kənd orta məktəbində təhsil almışdır. 1972-1974-cü illərdə Sovet ordusunda xidmət etmişdir. 1976-1982-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 1979-1983-cü illərdə Azərbaycan LKGİ Xaçmaz rayon Komitəsində sovxoz komitə katibi, təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına sovxozda partiya komitə katibi vəzifəsində işləmişdir. 1987-1989-cu illərdə 26 Bakı komissarı adına sovxozda direktor, 1989-1991-ci illərdə Çaparidze adına sovxozda partiya komitə katibi vəzifələrində çalışmışdır. 1991-1997-ci illərdə Sayad kəndli təsərrüfatında Sayad kolxozunda rəhbər və Sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində işləmişdir. 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayının 5-dən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Nazim Ağayevdan danışdılar yaxşı ki, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi təyin olunub… Nazim Ağayev öz isguzarlığı ilə tanınır və seçilir….

Nazim Ağayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Nazim Ağayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Nazim Ağayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Nazim Ağayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Nazim Ağayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Nazim Ağayevun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nazim Ağayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nazim Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Nazim Ağayev özünü doğruldub. Bizdə hörmətli Nazim Ağayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Oxşar xəbərlər