Vüqar Mahmudovu aylardır səbəb göstərmədən məhkəməyə gətirmirlər
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi aylardır ki, baş tutmur. Sabiq nazirin əmisi oğlunun işi üzrə son prosesdə elan olunub ki, o, məhkəməyə gətirilməyib.
Vüqar Mahmudovun hansı səbəbdən məhkəməyə gətirilmədiyi də açıqlanmır. Vüqar Mahmudovun cinayət işi üzrə ittiham aktı Bakı Hərbi Məhkəməsinə bu ilin aprelində daxil olub. Amma ötən müddət ərzində Vüqar Mahmudov cəmi 1 dəfə məhkəmə qarşısına çıxarılıb. Sonradan isə proses qeyri-müəyyən səbəbdən təxirə salınır. Bu ayın əvvəlində keçirilməli proses Vüqar Mahmudovun iştirakı təmin edilmədiyinə görə təxirə salınıb. May ayında keçirilən son proses də eyni səbəbdən təxirə düşmüşdü. Növbəti proses iyulun 22-nə təyin olunub.
Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi hakim Elbəy Allahverdiyevin icraatındadır. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir. Vüqar Mahmudovun həbsi də gözlənilməz oldu. Sonradan bələ xəbərlər vardı ki, onu ibtidai istintaq dövründə uzun-uzadı dindirmələrlə yormayıblar. Bir neçə dəfə sorğu-sual olunub, qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, onu Eldar Mahmudovun qanunsuz fəaliyyətinə dair də sorğu-sual ediblər…
Məsələ ondadır ki, Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov rəsmiyyətdə Eldar Mahmudovun köməkçisi statusunda olsa da, qeyri-rəsmi şəkildə bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan “xəraclar” yığılıb və oradan da daşınıb…
Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur. Hətta belə iddialar da var ki, Eldar Mahmudova əhəmiyyətsiz bir vəzifə verməklə, yaxınlarını şərti cəzalarla azad etməklə ölkə daxilində nəzarət altında tutmaq, xaricə qaçmasına imkan verməmək planları var. Yəni Eldar Mahmudova və yaxınlarına ölkədən çıxmaq yasağı qoyub, hərəkət sərbəstliyi verilir.
Qeyd edək ki, V.Mahmudov Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Onun yüngül cəza ilə məhkəmədən azad olunacağı da istisna deyil. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər. Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar. Xatırladaq ki, sabiq nazir Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib. Sözügedən cinayət işinə əsasən nazirliyin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) i 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq əməliyyat tədbirləri davam edir. Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.