Kardaşyanın Ağ Evdəki pozalarına etiraz - Fotolar

Kardaşyanın Ağ Evdəki pozalarına etiraz - Fotolar Amerika prezidenti Donald Trampla ikinci dəfə görüşən TV ulduzu Kim Kardaşyanın Ağ Evdə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub. Belə ki, vəkil olmaq həvəsi ilə təcrübəyə başlayan Kardaşyan məhkumlara iş təhsilinin verilməsi mövzusunda keçirilən tədbirə qatılıb.

O, sözügedən görüşdə ABŞ Prezidenti ilə bir araya gəlib. Tədbirdə prezidentin qızı İvanka Trampın yanında əyləşən Kim yığıncaqdan iki həftə sonra çəkilən şəkilləri instaqram səhifəsində yayıb.

Fotolardan biri isə böyük müzakirə və tənqidlərə səbəb olub. Buna səbəb Kardaşyanın vəkilləri Erin Haney və Cesika Ceksonun qarşısında masa üzərində uzanaraq poza verməsidir.

Bundan sonra tvitter və instaqram paylaşım platformalarında Kimin bu addımına etiraz edilib.

Kardaşyanın Ağ Evdəki pozalarına etiraz - Fotolar
Kardaşyanın Ağ Evdəki pozalarına etiraz - Fotolar
Kardaşyanın Ağ Evdəki pozalarına etiraz - Fotolar

Oxşar xəbərlər