Bakının Heydər Əliyev prospektinin orta yolunda – Mərkəz istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb təmir işləridir.
“Bu səbəbdən, qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur”, – deyə məlumatda qeyd olunub.