Müdafiə Naziri Zakir Həsənov mətbuat konfransı vasitəsilə son aylarda cəmiyyəti narahat edən bir çox məsələyə aydınlıq gətirib.
Bu sözlər Müdafiə naziri Zakir Həsənovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi sərt mesajları analiz edən "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Zakir Həsənovun ordunu müharibəyə hazırladığı qeyd edilib:
"Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 18-də təlim mərkəzinin açılışında iştirak edərək, orada mətbuat konfransı keçirib. Ermənistanın müdafiə naziri David Tonoyan tez-tez jurnalistlərə açıqlamalar verir. Buna görə də Zakir Həsənovun da aktivliyini azaltmayaraq Ermənistana mesajlar göndərməsi vacibdir. Zakir Həsənovun mətbuat konfransında söylədikləri mesajları ayrıca dəyərləndirməyə ehtiyac var.
Birincisi, Zakir Həsənov mətbuat konfransında bildirdi ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Bundan başqa, ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordunun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir. Eyni zamanda, Azərbaycan Hərbi Dəniz Qüvvələri də təkmilləşdirilir və texniki məsələlər həll olunur. Azərbaycanın öz hava qüvvələrini təkmilləşdirməyə ona görə ehtiyac var ki, Rusiya Ermənistanı müasir hərbi təyyarələrlə təchiz edir və Azərbaycan bu sahədə geri qalmamalıdır. Çünki müharibə şəraitində hərbi təyyarələrin və hərbi helikopterlərin rolu böyük olacaq. 1990-cı ilin əvvəlindəki döyüşlərdə hər iki tərəf havaya o qədər təyyarə qaldıra bilmirdi, çünki təyyarə və helikopterləri az idi. İndi isə durum fərqlidir.
İkincisi, Zakir Həsənov dedi ki, Azərbaycan Ordusuna müasir silahlar alınır. O, 2018-ci ildə Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizinin yeni və müasir olduğunu bildirib. Kazarmaların böyük əksəriyyətinin yenidən qurulduğu və ya təmir edildiyini də açıqlayıb.
Üçüncüsü, Zakir Həsənov əvvəllər dediyi bir fikri yenidən təkrarladı: "2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”. Yəni müdafiə nazirinin sözlərindən aydınlaşır ki, rusların müraciəti və müdaxiləsi olmasaydı, ordumuz xeyli irəliləyə bilərdi. Ona belə bir sual yaranır: "Eyni vəziyyətdə ermənilər yenə ruslara müraciət etsə, biz bu dəfə nə edəcəyik?” Çünki Moskva Aprel savaşını dayandırmasının əvəzində Ermənistan hakimiyyətinə təsir edib, sülh prosesini intensivləşdirmədi.
Dördüncüsü, müdafiə naziri atəşkəsin pozulması hallarına da münasibət bildirib. David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verdiyini deyib. Nazir David Tonoyanın yalan danışdığını bildirib. Zakir Həsənovun sözlərinə görə, Ermənistan ordusunun itkiləri var, sadəcə Ermənistan hakimiyyəti bu haqda məlumat vermir. Həqiqətən internetdə ermənilərin özləri tərəfindən yayılan görüntülər var ki, mövqelərinin vurulduğu göstərilir. Nazirin fikrincə, bir müddət sonra ermənilər itkilərini açıqlayacaqlar.
Beşincisi, Zakir Həsənov mətbuat konfransında vətən, dövlət, millət məsələlərində digər maraqların kənara qoyulmasının vacib olduğunu bildirib. Onun Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq salması və nəticəsinin göz önündə olmasıyla bağlı dedikləri də maraqlıdır. Başqa sözlə Gəncədə qiyam oldu, Sürət Hüseynov qoşunların bir hissəsini Qarabağdan çıxartdı, Bakıda hakimiyyət boşluğu yarandı və bundan düşmən istifadə etdi. Zakir Həsənov Ermənistanın xüsusi xidmət orqanlarının ona qarşı saxta raportlar hazırladığını da vurğuladı: "Sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”. Zakir Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı fləşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub:
"Ermənilərin heç 35 kilometr məsafəyə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?!”.
Zakir Həsənovun bu açıqlamasından gəlinən nəticə odur ki, Ermənistan informasiya savaşında Azərbaycana qarşı geniş cəbhə açıb. Həqiqətən, Zakir Həsənovun ermənilərin hədəfində olduğuna dair xəbərlər erməni saytlarından götürülərək Azərbaycanın bəzi saytlarında da yayılıb. Yəni dezinformasiya Azərbaycanın informasiya məkanında yayılıb. Bu cür dezinformasiyaların qarşısının alınmasının yeganə yolu ya nazirin özünün, ya da Müdafiə Nazirliyinin mətbuat xidmətinin anında açıqlama verməsidir.
Həmçinin Müdafiə Nazirinin açıqlamalarından o da aydın olur ki, danışıqların nəticə verəcəyinə inam azdır. Zakir Həsənov əvvəlki kimi Türkiyə ilə hərbi-strateji əməkdaşlığı inkişafa xüsusi əhəmiyyət verir. Bundan başqa, Azərbaycan Ordusunun hərbi təlimləri ildən ilə artır. O, bu cümlələri işlədərkən belə bir ifadə də səsləndirdi: "Yəqin, nə demək istədiyimi anladınız”.
Zakir Həsənovun verdiyi açıqlamalar ondan xəbər verir ki, torpaqların müharibə yolu ilə azad olunmasına hazırlıq gedir. Sadəcə, günü və vaxtı hələ bəlli deyil”.\\Veteninfo.com