Avtomobil ehtiyat hissələri bazarında kritik durum: Bazar rəhbərliyinə qarşı narazılıq artır – REPORTAJ, FOTOLAR

Avtomobil ehtiyat hissələri bazarında kritik durum: Bazar rəhbərliyinə qarşı narazılıq artır – REPORTAJ, FOTOLAR Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.

Musavat.com-un müxbiri Nizami rayonunda yerləşən “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara “divan” tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.

Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi…Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.

Adının çəkilməsini istəməyən satıcı aylarla üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: “Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, “işləyirsən işlə, işləmirsən yaxşı yol”. Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir”.

Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: “İcarə haqqını verə bilməyən obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər”.

Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.

Təkər satışı şöbəsində isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir, bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.

Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq, bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz… Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat pul qalır olur. Təkərlərin və digər ehtiyat hissələrinin daşınma xərcini də hesablasaq, demək olar ki, müflis olmağa doğru gedirik”.

“Leş bazarı” adlanan hissədə isə maraqlı qaydalarla tanış olduq. Öyrəndik ki, sahibklarlar kassa üçün aylıq 270 manat vergiyə, 30 manat isə zibil puluna verirlər. Satıcılar zibilpulu üçün yığılan məbləğin yüksək olduğu bildirirlər. Belə ki, 100-ə yaxın obyektin hər birindən 30 manat aldıqda, bu aylıq 3000 manat vəsait edir. Bundan əlavə, sıradan çıxmış avtomobilləri bazara gətirən sahibkarlar, hər maşın üçün sahibkara 140 manat ödəyirlər. İcarə haqqı ödənilən bir obyektə “metallom maşın” gətirilməsinə görə, əlavə pul yığılmasının isə məntiqi bəlli deyil. Bir sözlə bazarda özbaşınalıq hökm sürür və xırda sahibkarlığın sıradan çıxmasına səbəb olur.

Gömrük rüsumlarına gəlincə, ehtiyat hissələrinin yığılması üçün olan 1 kubmetrlik dəmir qutu üçün dövlət rüsumu 1100 dollardır. Ancaq əvvəllər bu məbləğ 350 dollar olub. Yəni, son 3 ildə bir tərəfdən gömrük rüsumu 3 dəfə artıb, digər tərəfdən devalvasiya nəticəsində dollar 2 dəfədən artıq bahalaşıb. Sahibkarların sadəcə rüsumla bağlı xərclərinin 5 dəfə artması qiymətlərin də adekvat olaraq artımına gətirib çıxarıb.

Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Oxşar xəbərlər