XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin qalıqlarının onun doğma kəndində - Dağıstanın Xunzax kəndində yenidən dəfn edildiyinə dair məlumat yayılıb.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, iddiaya görə əfsanəvi Şeyx Şamilin sağ əlinin dəfn mərasimi dünən keçirilib. O, 1852-ci ildə baş tutan sonuncu döyüşünün yaxınlığındakı ərazidə torpağa tapşırılıb.
Ehtimal edilir ki, Hacı Muradın Azərbaycanın Qax rayonundakı qəbiristanlıqdakı nəşinin hissələri gizli oğurlanaraq Rusiyaya aparılıb. Azərbaycandan eksqumasiya üçün heç bir icazə verilmədiyi bildirilir.
Sosial şəbəkələrdə hətta, dəfn mərasimindən fotolar da yayılıb.
Mərasimin şahidi Əmir Əmirov “Molodyoj Dagestana” qəzetinə bildirib ki, dəfnetmə qeyri-formal xarakter daşıyıb:
“Müxtəlif ziddiyyətli fikirlər vardı, lakin iştirakçılar razılığa gəliblər və yenidən dəfnə hazırlaşırlar. Heç kim rəsmi çıxış etməyib və qalıqların Hacı Murada aid olması barədə sübutlar göstərməyib. Hər şey deyilən sözlərin həqiqətə uyğun olmasına inanaraq edilir”.
Xunxaz rayonunun administrasiyasından da dəfn edilmiş qalıqların Hacı Murada aidiyyatı təsdiqlənməyib.
“Xunzax kəndinin qəbiristanlığında hansısa mərasim keçirilib, lakin dəfn edilmiş qalıqların Hacı Murada aid olmasını sübut edən heç nə yoxdur. Rayonun rəsmi şəxslərindən orada heç kim iştirak etməyib. Həmçinin dəfni həyata keçirən adamların kim olması məlum deyil”, -deyə rayon administrasiyasının mətbuat katibi Kamil Hüseynov söyləyib.
Xatırladaq ki, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sank-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) arxivində saxlanılır.
Bu ilin yanvarında Rusiya Prezidentinin müşaviri Vladimir Tolstoy açıqlamasında bildirib ki, Hacı Muradın Sankt-Peterburqda saxlanılan kəlləsinin Dağıstanda torpağa basdırılmasını planlaşdırırlar.