Azərbaycanda bu şəxslər pensiya — ALA BİLMƏYƏCƏKLƏR

Azərbaycanda bu şəxslər pensiya — ALA BİLMƏYƏCƏKLƏR "Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yanlız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”.
Azxeber.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib.

O, vurğulayıb ki, yeni qayda pensiya yaşına çatmış əksər vətəndaşların pensiya almasına mane olacaq:

"Dəyişikliyə əsasən, vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik stajla pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Çünki elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur”.

İqtisadçı hesab edir ki, "Pensiya Amnistiyası”nın verilməsinə ehtiyac var:
"Pensiya verilməsi ilə bağlı son zamanlar çoxlu sayda müraciətlər müşahidə olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. Bu isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq, "Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”.

Qeyd edək ki, bu il prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib. Dəyişiklik 2006-cı ilədək pensiyaya çıxan şəxslərə şamil olunub. 2006-cı ilin əvvəlindən 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır.

"Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklə bağlı daha ətraflı burada tanış ola bilərsiniz.

Oxşar xəbərlər