Azərbaycanda islahatlar getdiyindən, bu islahatlar yeni çağırışlara səbəb olur və buna cavab vermək lazımdır.
Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ancaq Vergi və Gömrük Komitəsi həyata keçirilən islahatlardan irəli gələn çağırışlara cavab verməyə çalışır.
“İslahatların effektivliyini təmin etmək üçün islahatlar tələbindən irəli gələn çağırışlara uyğun həyata keçirilməlidir. Bu qurumlar ölkədə kölgə iqtisadiyyatının daraldılması, şəffaflığın təmin edilməsi istiqamətində ciddi işlər görməlidir”- deputat bildirib.
O, eyni zamanda əlavə edib ki, büdcənin formalaşdırılmasında və büdcə vəsaitlərinin xərclənməsi məsələsinə yeni fəlsəfə ilə yanaşmalıdır:
“İslahatlar o zaman xalq tərəfindən dəstəklənəcək ki, bu islahatlar sosial sahədə həyata keçirilsin. Sosial sahədəki islahatlar xalq tərəfindən o zaman dəstəklənəcək ki, bu islahatlar xalqın güzəranına təsir etsin”.
Deputat Maliyyə Nazirliyinə sosial təşəbbüslərlə çıxış etməsini təklif edib: “Maliyyə Nazirliyi sosial problemlərin həlli ilə bağlı təşəbbüslə çıxış etməlidir. Nazirliyin buna imkanları var”.
Ə.Məsimli onu da bildirib ki, azad bazar iqtisadiyyatına, xüsusən də kiçik biznesə dəstək verməlidir: “Əgər kiçik biznesə dəstək verilsə, büdcənin xərclərinin kəskin azalmasına gətirib çıxara bilər. Ona görə də istər büdcənin formalaşdırılmasına, istərsə də islahatlara yeni baxış olmalıdır”.
Ə. Məsimli həmçinin maaşların artırılması təklifi ilə çıxış edib.