Azərbaycanda sabiq icra başçısının ailə üzvlərinin ölüm səbəbləri açıqlandı

Azərbaycanda sabiq icra başçısının ailə üzvlərinin ölüm səbəbləri açıqlandı Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərman həblərinin təsiri nəticəsində dünyasını dəyişib. Belə ki, H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.

Bildirilir ki, Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb. ,

Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.

Oxşar xəbərlər