Astarada 7 kəndin, 2 minə yaxın insanın istifadə etdiyi yeni yol torpaq sürüşməsi nəticəsində yararsız vəziyyətə düşüb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, söhbət 5 km. uzunluğunda olan Təxtənəkəran-Miki avtomobil yolundan gedir.
2017-ci ilin dekabr ayında təmir olunaraq istifadəyə verilən yolun keçən ildən başlayaraq ayrı-ayrı hissələrində yeni asfalt örtüyü sıradan çıxmağa başlamışdı. Həmin vaxt müəyyən təmir-bərpa işləri aparılıb, lakin bu il yenidən yolun bəzi hissələrində çatlar və çalalar əmələ gəlib. Yolda maşınların hərəkəti çətinləşib.
Sıradan çıxan yol kənd sakinlərini narahat edir. Onların fikrincə, yolun gələcəkdə tamam yararsız vəziyyətə düşməməsi üçün istinad divarları tikilməlidir və suötürücü borular salınmalıdır. Əks halda güclü yağışların yağması yolu tamam dağıda bilər.
Astara Rayon Siyəkü kənd Bələdiyyəsindən ONA-ya bildirilib ki, rəsmi qaydada aidiyyəti qurumlara məlumat verilib və yolda sürüşmə nəticəsində ziyan dəyən ərazilərə baxış keçirilib. Hazırda məsələ ilə bağlı qurumlardan cavab gözlənilir.