Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”? Azərbaycanda son bir neçə ildə aparılan islahatlar siyahısının başında kadr islahatları dayanır.
Xüsusən 2018-ci ilin 11 aprel növbədənkənar prezident seçkilərindən sonra hökumətin başında duranlardan tutmuş yerli icra orqanlarının başçılarına kimi kadrların əksəriyyəti “cavanlaşdırıldı”.

İlham Əliyev seçkidə qələbə qazandıqdan sonra Nazirlər Kabinetini buraxdı, hökuməti tam yeni və cavan kadrlarla zənginləşdirdi.

Lakin kadrların “gəncləşdirilməsi” prosesi təkcə seçkilərdən sonrakı dövrü əhatə etmir. Bu dövrdən əvvəlki müddətdə də zaman-zaman ölkə başçısının sərəncamları ilə ölkənin icra strukturlarındakı daha yaşlı idarəedicilər cavanları ilə əvəz olunurdu.

Beləliklə, "Ölkə.Az" oxu.az-a istinadən Nazirlər Kabinetinin cavan kadrlarını təqdim edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev. Cəmi 39 yaşı var.

1980-ci ildə Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

İngilis, rus, türk, fransız dillərini bilir. Ehtiyatda olan zabitdir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

2010-cu ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Kənd Təsərrüfatı naziri olan İnam Kərimov da gənc kadrlardandır. 42 yaşı olmasına rəğmən, Azərbaycanda “ASAN xidmət” kimi yeni yaradılmış qurumun adını brendə çevirməyi bacarıb.

1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunan İnam Kərimov 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan dili ilə yanaşı, fars, fransız, ingilis və rus dillərini bilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli - nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Daha sonra isə Kənd Təsərrüfatı naziri postuna gətirilib.

Təhsil naziri Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

2013-cü il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin edilib.

2017-ci il dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsinə təyin olunub.

2019-cu il fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayev 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olub.


Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil olub. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada “Academia İstropolitana Nova”da intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.

2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə keçirilən parlament seçkilərində qalib gəlib və deputat kimi fəaliyyət göstərib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2006-cı ilin fevral ayından 2018-ci ilin aprelinədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub.

Nazirlər Kabinetimiz necə “cavanlaşdı”?


2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə birgə magistratura proqramını bitirib.

2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olub.

İngilis, fransız və rus dillərini bilir.

Cavanlaşma prosesi ölkənin əsas strukturları ilə yanaşı, digər qurumlarda da aparılır. Hökumətin cavan kadrlar tərəfindən idarə olunmasının nəticəsi isə son bir ildə hər bir sahədəki islahatlarla özünü büruzə verməkdədir.

Oxşar xəbərlər