Elmar Vəliyev Gəncədəki əmlaklarını satır - SABİQ BAŞÇININ QARDAŞLARINA "CAMAATIN PULUNU QAYTARIN" TAPŞIRIĞI

Elmar Vəliyev Gəncədəki əmlaklarını satır - SABİQ BAŞÇININ QARDAŞLARINA Üzləşdiyi sui-qəsd olayından bir müddət sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Elmar Vəliyev vəzifədə olduğu dönəmdə bu şəhərdə sahibləndiyi əmlaklarını satışa çıxarıb.

Bu barədə Gununsesi.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Elmar Vəliyevin adıçəkilən şəhərdə dəyəri 10 milyon manata yaxın olan bir neçə obyekti, mənzilləri və torpaq sahələri var.

Mənbəmizin sözlərinə görə, artıq həmin əmlaklardan bir neçəsi satılıb.

Bundan başqa sabiq icra başçısı Göygöl Rayonunda inşa etdirdiyi villasını da satışa çıxarıb.

Elmar Vəliyev Gəncədəki əmlaklarını satır - SABİQ BAŞÇININ QARDAŞLARINA "CAMAATIN PULUNU QAYTARIN" TAPŞIRIĞI








Elmar Vəliyevin əmlaklarını satmasına səbəb kimi isə onun külli miqdarda borcunun olduğu əsas göstərilir. Belə ki, icra başçısı işlədiyi dönəmdə yüzlərə vətəndaşın əmlaklarını ələ keçirən, habelə, torpaq sahəsi vermək adıyla külli miqdarda pullar toplanıb. Elmar Vəlieyin vəzifəsindən getməsindən sonra yüzlərlə şikayətçi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova üz tutub.

Ali rəhbərliyin məlumatlandırılmasından sonra Elmar Vəliyevin qardaşlarına “camaatın pulunu qaytarın” tapşırığı gəlib.

Artıq Elmar Vəliyevin oğlu və qardaşları onun bir sıra şəxslərə olan borclarını qaytarmağa başlayıb.

Oxşar xəbərlər