Afəti Rusiyada pul yağışına tutdular — VİDEO

Afəti Rusiyada pul yağışına tutdular — VİDEO Müğənni Afət Fərmanqızı yeni videogörüntüsü ilə yenə gündəmə gəlib.
Rusiya əyalətlərinin birində toy məclisinə qatılan müğənni, rəsmən “pul yağışına” tutulub.

Belə ki, məclisdə Nəsiminin “Pəncu Şeş” qəzəlinə oxuduğu mahnısını ifa edən müğənninin başına pul səpələyiblər. Fərmanqızı görüntüləri öz İnsagram hesabından paylaşıb.

İfaçı videoya özünə məxsus şərh də verib:

“Ürəyi zəif olanlar üçün. Səhər ac qarnına iki dəfə. Ürəyin ritmini qaydaya salır”.
Görüntü İnstagram izləyiciləri tərəfindən maraqla qarşılansa da, narazı olanlarda tapılıb.

“Siz böyük müğənni olsaydınız, imkan verməzdiniz o pulları ayaq altına səpsinlər. Onun üçün Nəsimidən oxumaq yox, Nəsimini oxumaq lazım idi.“-deyə fikir bildirənlərdə olub.

Xatırladaq ki,böyük şair Nəsimidən “Pəncü Şeş” qəzəlini hind musiqisi üzərində oxuyan müğənni tənqid edilmişdi.



Oxşar xəbərlər