Yevlaxda avtobus 7 yaşlı uşağı vuraraq öldürüb

Yevlaxda avtobus 7 yaşlı uşağı vuraraq öldürüb Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər