Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il gəlişinə həsr olunmuş konsertlərə start verildi

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Gəncland” Əyləncə və İstirahət Kompleksinin təşkilatçılığı ilə Gəncə şəhərinin Heydər Əliyev meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il gəlişinə həsr olunmuş konsertlərə start verildi.
Gəncə şəhər uşaq musiqi və incəsənət məktəbinin hazırladıqları musiqi proqramı gəncəlilər tərəfindən maraqla qarşılandı.


Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır
Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır


Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin 60 illik yubileyi qeyd olundu


Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Uşaq Musiqi Məktəbinin 60 illik yubiley tədbiri keçirildi.
Məktəbin direktoru Qahirə Məmmədova yubiley iştirakçılarını salamladı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Respublikanın Əməkdar Mədəniyyət işçisi Sənan Hacıyev çıxış edərək yubiley münasibəti ilə məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik etdi, onlara musiqi təhsilində böyük uğurlar arzuladı. O, mədəniyyətimizə, incəsənətimizə diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və I Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirdi.
Sənan Hacıyev Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin xidmətini də xüsusi vurğuladı.
Sonra məktəbin yarandığı gündən bu günədək keçdiyi inkişaf yolundan bəhs edən slayd nümayiş etdirildi. Yubiley münasibəti ilə hazırlanmış maraqlı konsert proqramı iştirakçılara təqdim olundu.
Daha sonra məktəbdə uzun müddət çalışan, gənc nəslin musiqi təhsilində öz qüvvə və bacarığını əsirgəməyən qocaman müəllimlərə fəxri fərmanlar təqdim olundu.
Yubiley tədbiri böyük ruh yüksəkliyi ilə başa çatdı.


Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır


Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır





P.S. Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Sənan Hacıyevi "Əməkdar Mədəniyyət İşçisi" adına laiq görülməsi münasibəti ilə saytımız adında təbrik edirik


Sənan Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Sənan Hacıyevdir.

Hacıyev Sənan Zahid oğlu 13 aprel 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-1987-ci illərdə Gəncə şəhəri 1 saylı orta məktəbdə oxumuşam. 1978-1986-cı illərdə Gəncə şəhəri Z.Qayıbov adına 5 saylı Uşaq Musiqi Məktəbinin akkardeon sinfində təhsil almışdır. 1989-1995-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda ali təhsil alaraq mühəndis-mexnik ixtisası üzrə təhsil almışdır. 2002-2005-ci illərdə Gəncə Musiqi Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə qiyabi şöbədə təhsil almışdır. 2009-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasının musiqişünaslıq-dirijorluq fakultəsində qiyabi təhsil alaraq, xalq çalğı alətləri orkestrinin dirijoru, müəllim ixtisası almışdır. 1994-1999-cu illərdə Gəncə şəhəri 2 nömrəli Klubda akkardeon müəllimi işləmişdir. 1999-2000-cu illərdə Gəncə şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbində akkardeon müəllimi işləmişdir. 2000-2006-cı illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində akkardeon müəllimi işləmişdir. 2006-2011-ci illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləmişdir. 2011-2016-cı illərdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2017-ci ildən Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi Ərazi İlk Partiya Təşkilatının sədridir.

Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev belə insanlardandır.
Sənan Hacıyev hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Sənan müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Sənan müəllim işlədiyi Gəncə Regional Mədəniyyət İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və bu sahədə uğurlar qazanılması Sənan müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Sənan müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Sənan Hacıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Sənan Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Sənan Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Sənan Hacıyevdən danışdılar yaxşı ki, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri təyin olunub… Sənan Hacıyev öz isguzarlığı ilə tanınır və seçilir….

Sənan Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Sənan Hacıyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Sənan Hacıyevi nüfuzdan salmağa çalışırlar.

P.S. Bəzilərinin diqqətinə çatdırır ki, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Sənan Hacıyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.

Oxşar xəbərlər