Arvadının intim videolarını qohumlarına göndərdi — Bakıda biabırçılıq

Arvadının intim videolarını qohumlarına göndərdi — Bakıda biabırçılıq Sosial şəbəkələrdə tanış olduğu qızlara hədə-qorxu gəlməkdə ittiham olunan Faiz Bastrakovun məhkəməsi davam edib.
"Ölkə.Az" Bakupost-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Samirə Əliyeva (ad-soyad şərtidir) zərərçəkmiş şəxs qismində dindirilib.

O deyib ki, iş axtaran zaman sosial şəbəkədə qarşısına elan çıxıb: "İş üçün müraciət etdim. Feysbukla danışdıq. Yaşımı soruşdu. 20 yaşımın olduğunu dedim. Şəklimi istədi, qəribə gəldi. Çünki normalda işə götürən şəxslər CV istəyir. Dedi, həftədə 175 manat verəcək. Danışığında çox qəribə şeylər vardı. Hiss etdim ki, məqsədi başqadır. Mənə tərbiyəsiz təklif etdi, əsəbiləşib onu söyüb, blokladım. Bir müddət sonra bu şəxslə bağlı sosial şəbəkələrdə xoş olmayan paylaşımlar gördüm. Yazılmışdı ki, iş adı ilə qızlara tərbiyəsiz təkliflər edib. Bir neçə ay sonra polisə dəvət olundum. Orada bu adamın əməllərindən danışdılar. Şikayətçi deyildim. Dedilər, ifadələr formal olaraq lazımdır".

Məhkəmədə şahid qismində dindirilən Nadir Vəliyev (ad-soyad şərtidir) deyib ki, təqsirləndirilən şəxsin keçmiş qayınatasıdır: "Qızımla boşanandan sonra bizi şantaj eləməyə başladı. Çılpaq şəkillərini, intim videolarını sosial şəbəkələrdə yayacağını deyirdi. Hətta qızımın yaxınlarına həmin video və şəkilləri atırdı. 20 min manat pul istəyirdi. Qızın işini, evini dəyişdik. Yenə tapırdı. Şikayət etmək məcburiyyətində qaldıq. Məqsədi qızımı biabır etmək idi".
Qeyd edək ki, Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək, pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən il dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib.

Faiz Bastrakov qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.

O, qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onları şantaj edib.

Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər