Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.
Minval.info xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə sərbəst ifadə verməyi təklif edilib.
Hacıyev ifadəsinin əvvəlində deyib ki, üç ildir nə telefonla danışa bilir, nə də vəkillə görüşə bilir.
Sabiq bankir ona qarşı irəli sürülmüş ittihamı şou adlandırıb. Onun bu çıxışına dövlət ittihamçısı etiraz edib.
Hakim isə Hacıyevdən ittihamın mahiyyəti üzrə danışmağı tələb edib:
“Ötən məhkəməmdə sanki şou göstərirdilər. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Əsaslarla tanış olublar? 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm bilirsiz nə deməkdir? Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Hətta niyyət olsa belə, bu qədər vəsaiti mənimsəmək mümkün deyil.
4.7 milyard Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Valyuta ehtiyatları 5.5 milyarddır, o vaxt 4 milyard idi. İttihamlar əsasən Moskva filialı ilə bağlıdır. Moskva filialının aktivləri 2 milyard olduğu halda, 4.7 milyardlıq mənimsəmə necə ola bilər? Şüarlarla danışmaqla deyil, fakt olsun gərək. Ən azı, rəqəmlərə baxmaq lazımdır. Əminəm ki, vəkillərin çoxu, əsasən də dövlət hesabına təyin olunanlar, ittihamçılar, hətta hakimlər də işi tam oxumayıblar. Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir, halbuki, 361 cilddir”.
Cahangir Hacıyev deyir ki, 4.7 milyardı özü və ailəsi üçün xərcləməyib və ümumiyyətlə bu məbləğ ortada yoxdur”
“361 cild materialın hansı səhifəsində bir sənəd, bir ifadə var ki, o vəsaitlər mənə verilib, özümə, yaxud da yaxınlarıma aid hesaba köçürülüb, şəxsi əmlakımızın alınmasına yönəldilib? Varsa, göstərin, hamı görsün. Biz büdcə təşkilatı olmamışıq. Beynəlxalq Bankda dövlətin payı 50.2 faiz olub, heç 51 faizə çatmayıb. Mən prezidentin sərəncamı ilə təyin olunmamışam. Dövlətdən yalnız nizamnamə kapitalı alınıb, onun da müqabilində dividendlər verilib. Mən dövlət məmuru olmamışam.
Prezident sərəncamlarından da görünür ki, bankları Mərkəzi Bank yoxlaya bilər.
Bu cinayət işi mənim keçmiş müavinim Emil Mustafayevin bir məktubu əsasında başlanıb. Ona bu məktub göstərişini kim vermişdi? Əgər verilmiş kredit qaytarılmırsa, bunun üçün qanunda müəyyən tədbirlər nəzərdə tutulub”.
İfadəsinin davamında Hacıyev deyib ki, ödənilməyən kreditlərə görə borcun tələb edilməsinin müxtəlif variantıarı var: “Məsələn, iqtisad məhkəməsinə müaciət etmək. 2010-2013-cü illər üzrə Beynəlxalq Bankda vergi yoxlaması olub. Cinayət işində o vaxtkı vergilər nazirinin müavini Natiq Əmirovun daxili işlər nazirinin müavininə məktubu var. Orada yazılıb ki, 37 cinayət işinə 18 qərarla xitam verilib. Yəni o zaman yoxlama aparılıb, cinayət olmadığına görə də xitam verilib. İndikindən fərqli olaraq, o zaman peşəkar yoxlama aparılıb. Prokurorluq özü xitam verib. Ötən məhkəmədə xitam verilmiş cinayət işlərinin gətirilib araşdırılması barədə vəsatət verdik, təmin olunmadı. İndi gətirin, niyə gətirmirsiz? Biz xitam verməmişik ki, özünüz vermisiz. Qanuna görə, kreditlərin qaytarılmasında problem varsa, məhkəməyə verilə bilər, əmlaka yönəldilər. Tədbirlər nəticə vermədikdə isə bu hal üçün də ümidsiz kreditlərin silinməsi anlayışı var”.
Cahangir Hacıyev onunla birlikdə həbs edilən və hazırda ev dustaqlığında olan şəxslərin əksəriyyətini tanımadığını deyib:
“Mənimsəmə sözünün kökündə “mən” dayanır. Əgər o vəsaitlər mənə çatmayıbsa, mən onları necə mənimsəmişəm? Mən təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram, amma bizə mütəşəkkil dəstə ittihamı veriblər.
Cinayət işinin materiallarını oxuyan belə nəticəyə gələ bilər ki, sanki Beynəlxalq Bankda məndən başqa adam olmayıb, bütün işləri mən görməliydim.
Bütün sənədlər bura gətirilməsə, normal məhkəmə istintaqı aparıla bilməz. Mən 2015-ci ilin martında öz ərizəmlə işdən çıxmışam. Biz 2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq. Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Bizim dövrümüzdə aparılan yoxlama peşəkar idi. Çünki mən sədr idim, demişdim, bütün lazımi sənədlər Vergilər Nazirliyinə təqdim olunsun. Bankın əsas göstəricisi kapitaldır. Mən 2001-ci ildə İdarə Heyətinin sədri olanda kapital 2.5 milyon idi. 2015-ci ildə vəzifədən gedəndə 708 milyona çatmışdı. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim mifik milyardlarımı axtarmaqla deyil. Mən dövlət qulluqçusu olmamışam. Özümün də biznesim olub. Bu işdə cinayət yoxdur. Bizə qarşı konkret sübut-dəlil ortaya qoyulmayıb. Qanunla kreditin üstünə faiz gəlib tələb etmək olmaz. Bu işdə üstünə dəbbə pulunu, hələ devalvasiyanı da gəlib, rəqəmləri şişirdiblər. Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı. Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyar gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə, cinayətləri bizim üstümüzə yazmaqla deyil”.
Hacıyev ifadəsinin davamında iddia edib ki, istintaq orqanı onun işi ilə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. Müqaviləyə də 1 milyon pul ödəyiblər ki, onun əmlaklarını tapsınlar.
Onun bu ifadəsinə dövlət ittihamçısı müdaxilə edib. Prokuror bildirib ki, deyilənlər absurddur.
Cahangir Hacıyev bu cavabdan sonra çıxışını yekunlaşdırıb. Sonda isə şeir deyib.
Xatırladaq ki, aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.