Kababı bəyənməyən müştərini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş baxılması üçün hakim Səbuhi Hüseynovun sədrliyi ilə aparılacaq.
Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Quba rayonunda baş verib. Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Hüseynov daimi müştərisi olduğu kafeyə gələrək kabab sifariş verib. Daha sonra isə bişirilən kababı bəyənməyərək kafenin sahibinə şikayət edib. Həmin şəxs də kababçı Bəhram Cəfərovu çağıraraq kafenin içində hər kəsin yanında onu danlayıb. Bundan əsəbləşən B.Cəfərov müştəri ilə mübahisə edib və onu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən S.Hüseynov orada vəfat edib.